ISW: Ukrayna ilin sonuna qədər F-16-ların ilk partiyasını ala bilər

Tarix: 23 Dec 2023 08:37

F-16 qırıcılarının ilk partiyası Qərb tərəfdaşlarından Ukraynaya təxminən bir həftəyə, yəni 2023-cü ilin sonuna qədər çata bilər.

APA-nın “RBC-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri belə hesab edirlər.

Nəşr göstərir ki, dekabrın 22-də Hollandiyanın baş naziri Mark Rutte Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı ölkə hökumətinin Ukraynaya çatdırılmaq üçün ilk 18ədəd F-16 qırıcısını hazırlayacağını təsdiqləyib.

Analitiklər vurğulayırlar ki, Hollandiya hökumətinin başçısı təyyarənin Ukraynaya nə vaxt verilə biləcəyini açıqlamasa da, Estoniyanın strateji sənədində bu ilin sonuna qədər olan müddətdən bəhs edilib.

Xəbər Lenti