Dövlət büdcəsinin kəsiri 218 mln. manata enib

Tarix: 17 Nov 2023 18:15

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2,3% azalaraq 22 milyard 412,8 milyon manat təşkil edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 10 ayında büdcənin xərcləri isə 13,4% artaraq 26 milyard 630,6 milyon manata yüksəlib.

Nəticədə büdcədə kəsir 217,8 milyon manata bərabər olub. Qeyd edək ki, 9 aylıq göstərici üzrə büdcə kəsiri 1 milyard 137,5 milyon manat təşkil etmişdi.

Xəbər Lenti