Türkiyə ordusu İraqın şimalında 5 terrorçunu zərəsizləşdirib

Tarix: 23 Dec 2023 14:45

Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu zərəsizləşdirib.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, “Fırat qalxanı” bölgəsinə hücum etməyə hazırlaşan 5 terorçu türk komandoları tərəfindən məhv edilib.

Xatırladaq ki, nazirlik dekabrın 22-də İraqın şimalında terror təşkilatının hücumu nəticəsində 6 türk əsgərinin şəhid olduğunu açıqlamışdı.

Xəbər Lenti