Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 08 Dec 2025 13:44
"Biz hesab edirik ki, Ermənistan tərəfinin Azərbaycanın 2024-cü ildə səsləndirdiyi təklifi qəbul etməməsi üçün heç bir əsas yoxdur. Bizim təklifimiz qüvvədədir".
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
“Zamanında "3+3" formatı yarananda bu təşəbbüsün Azərbaycan Prezidenti tərəfindən irəli sürüldüyü bildirilib və bu çərçivədə 3 dəfə görüş keçirilib. 2024-cü ilin oktyabrında keçirilən görüş zamanı növbəti görüşün Azərbaycanın ev sahibliyində təşkili təklif edilib və daha sonra Ermənistanın da qəbul edəcəyi halda orada keçirilməsinə razılıq veriləcəyi qeyd olunub. Lakin təəssüf ki, belə bir razılıq əldə olunmadı və Ermənistan tərəfi buna razı olmadı. Hazırda isə fərqli mühit mövcuddur. Artıq başqa kanallar vasitəsilə bu görüşlərin təşkili müzakirə olunur”, - deyə o bildirib.
Nazir qeyd edib ki, Azərbaycan bu görüşə ev sahibliyi etməyə hazırdır.