Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfərə gəlib

Tarix: 08 Dec 2025 17:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gəlib.

APA-nın Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşıladılar.

Firuzə Vahid Prezident İlham Əliyev səfər Slovakiya

Xəbər Lenti