Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

Tarix: 08 Dec 2025 19:26

“Biz bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz imkanlarımızı genişləndirəcəyik”.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib.

“Hesab edirəm ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır”, - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Slovakiya

Xəbər Lenti