Prezident İlham Əliyev: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz marşrut Azərbaycandan keçir

Tarix: 08 Dec 2025 19:03

“Slovakiya müstəqil xarici siyasət aparır, bəzi hallarda çətinliklərlə üzləşirsiniz, ancaq bu, sizi yolunuzdan döndərmir”.

APA-nın Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə mətbuata birgə bəyanatında deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan isə öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib: “Biz Şərqlə Qərb arasında müəyyən körpü rolunu oynayırıq. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilir. Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz marşrut Azərbaycandan keçir”.

Firuzə Vahid

Xəbər Lenti