Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 23 Dec 2023 21:37
Dağıstanda güclü külək elektrik enerjisinin kəsilməsinə səbəb olub.
APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyinin teleqram kanalında məlumat verilib.
"Dağıstanda sürəti 25 m/s-ə çatan güclü külək elektrik enerjisinin kəsilməsinə səbəb olub. Saat 18:00-a olan məlumata görə, 57 yaşayış məntəqəsində 127 mindən çox istehlakçı işıqsız qalıb", - məlumatda deyilir.
İdarədən verilən məlumata görə, qəza-bərpa işlərinə 30 briqada - 89 nəfər və 31 xüsusi texnika cəlb olunub.
Dağıstanın güclü küləklə əlaqədar bəzi qurumlar xüsusi iş rejiminə keçiblər.