Bayden Netanyahu ilə İsrail-Qəzza müharibəsini müzakirə edib

Tarix: 23 Dec 2023 23:45

ABŞ Prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Tərəflər İsraildə və Qəzza zolağında son günlər baş verən hadisələri müzakirə ediblər.

Telefon danışığının başqa təfərrüatları açıqlanmayıb.

Xəbər Lenti