Çilidə güclü zəlzələ olub

Tarix: 24 Dec 2023 09:30

Çili sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.

Bildirilir ki, yeraltı təkanların episentri 238 min insanın yaşadığı Temuko şəhərindən 101 kilometr şimal-qərbdə, mənbəyi isə 19 kilometr dərinlikdə yerləşib.

Xəbər Lenti