Çilidə 5,7 maqnitudalı zəlzələ olub

Çilidə 5,7 maqnitudalı zəlzələ olub

Tarix: 24 Dec 2023 08:35

Çili sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.

Bildirilir ki, yeraltı təkanların episentri 238 min insanın yaşadığı Temuko şəhərindən 101 kilometr şimal-qərbdə olub.

Zəlzələ ocağı yerin 19 kilometr dərinliyində yerləşib.

Mənbə: apa.az

Xəbər Lenti