Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 24 Dec 2023 10:20
Argentinanın yeni hökuməti Fələstinin HAMAS Hərəkatını terror təşkilatlarının siyahısına daxil etməyi nəzərdə tutan sənəd hazırlayır.
APA-nın xəbərinə görə, bunu Argentina Prezidenti Xavyer Miley X sosial şəbəkəsində paylaşımında bildirib.
Xavyer Miley qeyd edib ki, Argentinada yəhudilərin yeni il arzusu HAMAS-ın terrorçu təşkilatların siyahısına salınmasıdır.
Qeyd edək ki, dekabrın 10-da səlahiyyətlərinin icrasına başlayan Xavyer Miley dəfələrlə bəyan edib ki, ABŞ və İsraillə müttəfiqliyi prioritet sayır.