Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 24 Dec 2023 10:04
Son sutka ərzində Qəzza zolağında quru əməliyyatı zamanı İsrail ordusunun daha 8 əsgəri ölüb.
APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bununla da İsrail ordusunun Qəzzada quru əməliyyatlarında ölən hərbçilərinin sayı 152-yə çatıb.
Ümumilikdə, oktyabrın 7-dən bəri İsrail ordusu HAMAS-la müharibə zamanı 485 əsgər və zabitini itirib.