İran Rusiyaya nota verib

Tarix: 24 Dec 2023 11:21

İran Rusiyaya nota verib.

APA-nın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran XİN Rusiyanın müvəqqəti işlər vəkilinə VI Rusiya-Ərəb Əməkdaşlıq Şurasının iclasında qəbul edilən birgə bəyanata etirazını çatdırıb, məktub təqdim edilib.

Qeyd edək ki, Tehran Mərakeşdə keçirilən VI Rusiya-Ərəb Əməkdaşlıq Şurasının bəyanatında Əbu-Musa, Böyük Tomb və Kiçik Tomb adalarının adlarının yer almasından narazıdır. İran Körfəzdəki bu adaların özünə məxsus olduğunu iddia edir.

Xəbər Lenti