Serbiya prezidenti paytaxtdakı vəziyyətlə bağlı xalqa müraciət edəcək

Tarix: 24.12.2023 22:59

Serbiya prezidenti Aleksandr Vuçiç etirazçıların Belqrad şəhər administrasiyasının binasına soxulmaq cəhdləri fonunda xalqa müraciət edəcək.

APA xəbər verir ki, bu barədə “Veçernje novosti” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, müraciət onlayn rejimdə baş tutacaq. Qəzet başqa heç bir təfərrüat bildirmir.

Qeyd edək ki, serb müxalifətçiləri Belqrad şəhər administrasiyasına basqın ediblər

Etirazçılar şəhər administrasiyasının qapılarını sındırmağa cəh edib, məşəllər yandırıblar.

Xəbər Lenti