Özbəkistanda Mi-8 helikopteri qəzaya uğradı - Ölənlər var

Tarix: 17 Nov 2023 22:12

Noyabrın 17-də Özbəkistanın Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələri komandanlığına məxsus Mi-8 helikopteri Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, faciə nəticəsində helikopterin heyəti həlak olub.

Xəbər Lenti