Diplomat: Almaniya Rusiya ilə danışıqlarla bağlı Ukraynaya təzyiq etmir

Tarix: 25 Dec 2023 04:26

Ukraynanın Almaniyadakı səfiri Berlinin Rusiya Federasiyası ilə sülh razılaşması əldə etmək üçün bağlı qapılar arxasında Kiyevə təzyiq edə biləcəyi ilə bağlı iddiaları rədd edib.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bu yaxınlarda Almaniyanın “Der Spiegel” jurnalının səhifələrində Ukraynaya mümkün təzyiqlər barədə məlumatlar yer alıb. Söhbət oktyabrın sonunda Almaniyanın Vaşinqtondakı səfirliyində keçirilən məxfi “Rusiya şam yeməyindən” gedir.

Xəbər Lenti