Braziliyada təyyarə qəzasında 5 nəfər ölüb

Tarix: 25 Dec 2023 06:56

Braziliyanın San-Paulu əyalətində təyyarə qəzaya uğrayıb.

APA xarici KİV-ə istinadla xəbər verir ki, Monte-Alto şəhərindən havaya qalxan PT-ZVL tipli kiçik təyyarə San-Paulu ştatının Jaboticabal şəhərində əkin sahəsinə düşüb.

Qəza nəticəsində pilotlar da daxil olmaqla 5 nəfər ölüb.

Xəbər Lenti