Hikmət Hacıyev: Ermənistanla sülh prosesi qlobal münaqişələr kontekstində uğur hekayəsidir

Tarix: 10 Dec 2025 12:07

Azərbaycan və Ermənistan rəhbərlikləri ixtilafları kənara qoyub, sülhə doğru irəliləmək qərarı veriblər.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Euronews”a müsahibəsində deyib.

O bildirib ki, Ermənistanla sülh prosesi qlobal münaqişələr və müharibələr kontekstində bir uğur hekayəsidir.

Hikmət Hacıyev “iki ölkə arasında münaqişə fəslinin başa çatdığını” vurğulayıb.

Toğrul Quluzadə Azərbaycan Prezidentinin köməkçisi Prezident Administrasiyası Hikmət Hacıyev Armen Qriqoryan

Xəbər Lenti