Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 25 Dec 2023 13:47
Fransada həssas əhali qrupuna humanitar yardım göstərən “Secours populaire” assosiasiyasının anbarlarından biri Milad ərəfəsində qarət olunub.
“Qafqazinfo” “RMC” radiostansiyasına istinadən xəbər verir ki, anbardan 400 min avro dəyərində məhsullar oğurlanıb.
Bildirilir ki, cari il ərzində toplanan yardım və ianənin əksər hissəsi qarət edilib.
Söhbət assosiasiyanın Fransanın cənub-şərqində yerləşən İzer departamentindəki anbarından gedir. Hadisə zamanı yüzlərlə qutu açılıb və içərisindəki geyim, oyuncaq, gigiyena vasitələri oğurlanıb.
Bununla yanaşı, anbarda olan 2 yeni maşına da zərər vurulub.
