Rusiya səfiri: Serbiya Prezidenti etirazları Qərbin dəstəkləməsi ilə bağlı məlumatlıdır

Tarix: 25 Dec 2023 14:16

Serbiya Prezidenti ölkədəki etirazların Qərb tərəfindən dəstəklənməsi ilə bağlı məlumatlıdır.

APA xəbər verir ki, bu barədə Rusiyanın bu ölkədəki səfiri Aleksandr Bokan-Harçenko bildirib.

Diplomat qeyd edib ki, Serbiya Prezidenti Aleksandar Vuçiçin ölkədə baş verən etirazların Qərb tərəfindən dəstəklənməsi barədə məlumatı var və həmin bu məlumatlar təkzibedilməzdir.

Qeyd edək ki, Belqradda son günlər baş verən kütləvi iğtişaşlar fonunda, bu gün Serbiya Prezidenti ilə rusiyalı diplomat arasında görüş baş tutub.

Xatırladaq ki, bir müddət öncə Serbiyanın Baş naziri Ana Brnabiçin bildirdiyi kimi, məhz Rusiya xüsusi xidmət orqanları serb həmkarlarını ölkədə gözlənilən iğtişaşlarla bağlı xəbərdar ediblər.

Xəbər Lenti