Çərşənbə, 10 Dekabr, 2025
Tarix: 10.12.2025 22:21
ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.
APA xəbər verir ki, bu barədə məlumat Konqresin saytında yerləşdirilib.
Qeyd edək ki, bu düzəliş ABŞ-ın Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırır.
Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir.
Rəsmi Bakı Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib.
İlqar Xudiyev ABŞ Azərbaycan 907-ci düzəliş Konqres