Kreml Paşinyanın Sankt-Peterburqa səfəri ehtimalını şərh edib

Tarix: 17 Nov 2023 23:28

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrinin Sankt-Peterburq toplantılarına gəlib-gəlməyəcəyini hələlik bilmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Hələ bilmirik. Hər kəs dəvətlidir”, - deyə Kreml nümayəndəsi müvafiq suala cavab verib.

Qeyd edək ki, noyabrın 14-də Ermənistanın Baş nazirinin mətbuat xidməti xəbər verib ki, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkoya KTMT sammitinə gəlməyəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Xəbər Lenti