Navalnının hansı cəzaçəkmə müəssisəsinə köçürüldüyü bəlli olub

Tarix: 25 Dec 2023 16:55

Aleksey Navalnının hansı cəzaçəkmə müəssisəsinə köçürüldüyü bəlli olub.

APA xəbər verir ki, bu barədə Aleksey Navalnının sözçüsü Kira Yarmış "X" hesabında məlumat verib.

"Aleksey Navalnını tapdıq. O, hazırda Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsində İK-3-dədir (cəzaçəkmə koloniyası -red.). Bu gün vəkili onun yanında olub. Alekseyin vəziyyəti yaxşıdır", o paylaşımında qeyd edib.

Qeyd edək ki, artıq 20 gün idi ki, Aleksey Navalnı barədə heç bir məlumat yox idi.

Xəbər Lenti