İsrailin hücumu nəticəsində Suriyada SEPAH-ın müşaviri öldürülüb

Tarix: 25 Dec 2023 19:19

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri İsrailin hücumu nəticəsində Suriyada öldürülüb.

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İsrailin Dəməşq ətrafına hücumu nəticəsində SEPAH-ın Suriyadakı baş müşavirlərindən biri Seyidrazi Musəvi bir neçə saat əvvəl öldürülüb.

Qeyd edilib ki, Seyidrazi Musəvi SEPAH-ın Suriyadakı ən yaşlı müşavirlərindən idi və Qasım Süleymaninin yoldaşlarından biri olub.

Xəbər Lenti