Gəncə şəhər stadionunun ərazisində yanğın - Fotolar+Video

Tarix: 25 Dec 2023 20:45

Gəncə şəhərində, “Kəpəz” stadionunun ərazisində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə stadionun tikintisi aparılan ərazinin yaxınlığında, mühafizə konteyneri olan ərazidə baş verib.

Hadisə yerinə Gəncə Yanağından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub, alov söndürülüb.

İlkin məlumata görə, yanğın elektrik naqillərində qeydə alınan qısaqapanmadan yaranıb.

Yunis Quliyev

Xəbər Lenti