Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb

Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb

Tarix: 18 Nov 2023 01:37

Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, Özbəkistan Silahlı Qüvvələrinə məxsus "Mi-8" helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində helikopter heyətinin həlak olduğu bildirilib. Hazırda xüsusi komissiya hadisənin səbəblərini araşdırır.

Mənbə: apa.az

Xəbər Lenti