“Trampın qələbəsi buna mane olacaq”

Tarix: 26 Dec 2023 00:30

Kanadanın Baş naziri Castin Trüdo Donald Trampın gələn il ABŞ prezidenti seçilməsinin mümkün nəticələri barədə danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, baş nazir seçiləcəyi təqdirdə Trampla yenidən işləməyə hazırdır. Halbuki, onun fikrincə, Trampın seçkilərdə qələbəsi Kanada və digər ölkələrin iqlim dəyişikliyi ilə mübarizə səylərinə zərər verə bilər.

Eyni zamanda, Trüdo vurğulayıb ki, ölkə rəhbərindən asılı olmayaraq ABŞ ilə işləmək “həmişə problemdir”.

Xəbər Lenti