Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 26 Dec 2023 00:15
HƏMAS Qəzza zolağına edilən hücumları müvəqqəti deyil, tamamilə dayandırmaq üçün səylər göstərdiklərini bəyan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki, HƏMAS həmçinin stabil atəşkəs müqabilində Qəzzada hakimiyyətdən imtina edəcəkləri iddiasını təkzib edib.
“Hərakat rəhbərliyi xalqımıza qarşı hücumları və qırğınları müvəqqəti yox, tamamilə dayandırmaq üçün var gücü ilə çalışır”.
Açıqlamada bundan sonra yenidən hücumların olacağı qısamüddətli atəşkəs istəmədikləri ifadə edilib. Qruplaşma üzvləri hücumlara birdəfəlik son qoyulmadıqca İsraillə əsir mübadiləsinə dair danışıqlar aparmayacağını xatırladıblar.