Cümə, 30 Yanvar, 2026
Tarix: 18 Nov 2023 03:19
İsrail ordusu İordan çayının qərb sahilindəki Balata qaçqın düşərgəsini atəşə tutub.
APA xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Hadisə nəticəsində beş nəfər həlak olub.
Mərmilər düşərgənin mərkəzində yerləşən binaya düşüb.
1950-ci ildə əsası qoyulan Balata qaçqın düşərgəsi Nablus şəhərinin şərqində yerləşir və Fələstin ərazilərindəki ən böyük düşərgələrdən biri hesab olunur.