ABŞ-də klub qarşısındakı atışmada bir nəfər ölüb, dördü yaralanıb

Tarix: 26 Dec 2023 04:49

ABŞ-nin Hyuston şəhərində klub qarşısında silahlı insident olub.

APA xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Mübahisə zəminində baş verən atışmada bir nəfər ölüb.

Telekanalın məlumatına görə, 4 nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Bundan əvvəl Florida ştatında ticarət mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb.

Xəbər Lenti