Cümə, 30 Yanvar, 2026
Tarix: 18 Nov 2023 04:49
İsrail Qəzza zolağına gündə iki yanacaq daşıyan yük maşınının girməsinə icazə verəcək.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller bildirib.
Onun sözlərinə görə, bununla da hər gün təxminən 140000 litr yanacaq Qəzzaya çatdırılacaq:
"Bunun böyük hissəsi yardım aparan yük maşınları üçün nəzərdə tutulub. Qalanı isə yanacaq çatışmazlığı səbəbindən kəsilmiş mobil telefon və internet xidmətləri üçündür".
Qeyd olunub ki, yeni yanacaq ehtiyatı Həmas-a çatmamaq şərti ilə BMT vasitəsilə Qəzza zolağının cənubundakı mülki əhaliyə Rəfah keçidi ilə gətiriləcək.
Xatırladaq ki, oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həlak olanların sayı 12 mini keçib. Ölənlərin 5 mini uşaq, 3 min 300 nəfəri qadındır.