Cümə, 23 Yanvar, 2026
Tarix: 18 Nov 2023 09:05
Noyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% – 34,947.28 bəndədək, S&P 500 indeksi 0,13% – 4,514.02 bəndədək, Nasdaq indeksi isə 0,08% – 14,125.48 bəndədək yüksəlib. "APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 18-də Fransanın CAC-40 indeksi 0,91% – 7,233.91 bəndədək, FTSE 100 indeksi 1,26% – 7,504.25 bəndədək, Almaniyanın DAX indeksi isə 0,84% – 15,919.16 bəndədək artıb. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,58% artaraq 1,0915 dollar təşkil edib.