Rusiyada mer yanğına görə saxlanılıb

Tarix: 26 Dec 2023 16:08

Rusiyanın Kurqan şəhərinin meri Yelena Sitnikova saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, müstəntiqlər şəhər administrasiyasına gələrək onu aparıblar .

Yerli "Oblast 45" nəşrinin yazdığına görə, Kurqan merinin saxlanılması Smolino mikrorayonunda baş verən yanğının araşdırılması ilə bağlıdır.

Qeyd edək ki, Sitnikova 2021-ci ildən Kurqanın meri vəzifəsində çalışır.

Xəbər Lenti