Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib

Tarix: 12 Dec 2025 10:34

Sərhədlərin delimitasiyası çərçivəsində Ermənistan və Azərbaycan nümayəndələri Zod qızıl yatağı yaxınlığındakı sərhəd hissəsində birgə baxış keçiriblər.

APA xəbər verir ki, bu barədə “Joxovurd” nəşri Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, “bir neçə gün əvvəl hər iki ölkənin mütəxəssisləri Sot (Zod) qızıl mədəninin yaxınlığındakı əraziyə baxış keçiriblər”.

İlqar Xudiyev Azərbaycan Ermənistan sərhədlərin demarkasiyası

Xəbər Lenti