Səfir: “Bir millət, iki dövlət” şüarını dilə gətirən və bizə miras qoyan Heydər Əliyevdir

Tarix: 12 Dec 2025 11:28

Türkiyə-Azərbaycan tarixi qardaşlığının yenidən formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu var.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

Türkiyə səfiri bildirib ki, Heydər Əliyev Azərbaycanın inkişafı üçün böyük töhfələr verib: “Bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir”.

Birol Akgün qeyd edib ki, “Bir millət, iki dövlət” şüarını dilə gətirən və bizə miras qoyan Heydər Əliyevdir.

Firuzə Vahid Türkiyə Azərbaycan Heydər Əliyev Türkiyə səfiri Birol Akgün

Xəbər Lenti