Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 12 Dec 2025 11:23
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir.
APA-nın xəbərinə görə, Qazaxıstan Prezidenti Aşqabadda keçirilən "Beynəlxalq sülh və etimad ili-2025” forumunda bildirib ki, avqust ayında iki ölkə arasında Vaşinqton Bəyannaməsinin imzalanması tarixi əhəmiyyətə malikdir.
O qeyd edib ki, bu, Cənubi Qafqazda və onun hüdudlarından kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan-Azərbaycan sülh müqaviləsi Vaşinqton Bəyannaməsi