Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 26 Dec 2023 23:32
HƏMAS hərəkatı Qəzzada saxlanılan girovların dəyişdirilməsi ilə əlaqədar İsraillə danışıqların təşkili ilə bağlı bir neçə ölkədən təkliflər alıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat verib.
“Girovların dəyişdirilməsi ilə bağlı danışıqlara dair bir neçə ölkədən təşəbbüs və təkliflər aldığımızı təsdiq edirik”, - Həmdan qeyd edib.
Eyni zamanda, Həmdan bildirib ki, fələstinlilər müvəqqəti atəşkəsi yox, hərbi əməliyyatların tamamilə dayandırılmasını gözləyirlər.