Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 27 Dec 2023 01:20
Serbiyada müxalifət tərəfdarları Ədliyyə Nazirliyinin binasına doğru yürüşə başlayıblar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının minə yaxın tərəfdarı Belqradın mərkəzində “Kralja Milana” küçəsi ilə Ədliyyə Nazirliyinin binasına doğru yürüşə başlayıb.
Məlumata görə etirazçılar Belqradın əsas magistrallarından biri ilə irəliləyirlər və bu da nəqliyyatın hərəkətinə maneə yaradır.
Nümayişçilər dekabrın 24-də Belqrad meriyasına hücum cəhdi zamanı saxlanılanların hamısının dərhal azad edilməsini tələb edirlər. Bir çox etirazçı milli və Avropa simvolları, tütəklər və fitlər daşıyır.
