Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 27 Dec 2023 02:22
ABŞ Prezidenti Co Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə zəng edərək Qəzza zolağındakı vəziyyəti və Fələstin-İsrail münaqişəsinin həlli yönündə səyləri müzakirə edib.
APA xəbər verir ki, bu barədə Qətərin QNA agentliyi məlumat yayıb.
Agentlik qeyd ediv ki, telefon danışığı zamanı tərəflər Fələstin anklavında “daimi atəşkəsə nail olmaq üçün birgə vasitəçilik səylərini” müzakirə ediblər.
Bundan əlavə, Qətər əmiri və ABŞ prezidenti ikitərəfli münasibətlərə dair məsələləri, həmçinin regional və beynəlxalq gündəliyin bəzi aspektlərini müzakirə ediblər.