- Çərşənbə, 8 Yanvar, 2025
Tarix: 27.12.2023 05:26
Taylandın cənubunda yağan musson yağışları 384 kənddə daşqınlara səbəb olub.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, fəlakət nəticəsində təxminən 20 min ev su altında qalıb.
Seldən zərər çəkmiş 19 mindən çox sakin qayıqlarla ərazidən təxliyə edilib.
Ölkə rəsmilərinin sözlərinə görə, ümumilikdə 19 min 624 ev sel suları altında qalıb. İntensiv yağışların isə iki gün də davam edəcəyi bildirilib.