İsrail nümayəndə heyəti HAMAS-la danışıqlar üçün Misirə gedib

İsrail nümayəndə heyəti HAMAS-la danışıqlar üçün Misirə gedib

Tarix: 27 Dec 2023 10:21

İsrail nümayəndə heyəti HAMAS-la danışıqlar aparmaq üçün Misirə gedib.

APA xəbər verir ki, bu barədə “The New Arab” (Al-Araby Al-Jadeed) nəşri mənbələrinə istinadən yazıb.

Nəşrin sözlərinə görə, israillilər atəşkəs və girovların mübadiləsi razılaşması ilə bağlı HAMAS-ın mövqeyini öyrənmək istəyirlər.

Həmçinin əlavə olunub ki, hazırda Qəzza zolağında atəşkəs elan olunması ilə bağlı məsələ dondurulub. Misirdə keçiriləcək görüşlərdən sonra İsrailin yeni mövqe ehtiva edə biləcək cavabı gözlənilir.

Mənbə: apa.az

Xəbər Lenti