AK-nın keçmiş prezidenti vəfat edib

Tarix: 27 Dec 2023 23:23

Avropa Komissiyasının keçmiş prezidenti, fransız siyasətçi və dövlət xadimi Jak Delor 98 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Agence France-Presse”ə siyasətçinin qızı, Lill şəhərinin meri Martin Obri məlumat verib.

“O, bu səhər Parisdəki evində yuxuda ikən öldü”, - Obri bildirib.

Qeyd edək ki, Jak Delor 1985-ci ilin yanvarında 1993-cü ildə Avropa Komissiyası adlandırılan Avropa Birlikləri Komissiyasının (AEC) prezidenti olub və ona üç müddət - 1995-ci il yanvarın sonuna qədər rəhbərlik edib.

Xəbər Lenti