Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Dec 2023 05:28
Qərb Kiyevə getdikcə daha çox öldürücü və uzaqmənzilli sistemlər verməklə Ukrayna münaqişəsində payı artırır.
APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində deyib.
“Ukrayna Silahlı Qüvvələrinin “əks-hücum”unun uğursuzluğuna baxmayaraq, Qərb Ukrayna münaqişəsində getdikcə daha çox öldürücü və uzaqmənzilli sistemlərdən istifadə etməklə Kiyevi silahla təchiz etməyə davam edir”, - deyə rusiyalı nazir qeyd edib.