Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Dec 2023 06:37
ABŞ prezidenti Co Bayden Fələstin-İsrail münaqişəsində iki cəbhədə oynamağa çalışır.
APA xəbər verir ki, bu fikri ABŞ-nin keçmiş lideri Donald Tramp deyib.
“Bayden bu münaqişənin baş verməsinə icazə verdi. Baxın, Bayden iki cəbhədə oynamağa çalışır və düşünürəm ki, o, uğursuzluğa düçar olur”, – Tramp Just the News-a müsahibəsində deyib.
ABŞ-nin keçmiş prezidenti həmçinin iddia edib ki, əgər Tramp prezident olmasaydı, “7 oktyabr heç vaxt olmayacaqdı”.