Rusiya ordusunda xidmət edən müqaviləli hərbçilərin sayı açıqlanıb

Tarix: 28 Dec 2023 12:13

Rusiya Müdafiə Nazirliyi Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə olaraq silahlı qüvvələrdə müqaviləli hərbçilərin sayını açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya MN-nin "Ordu rəqəmlərdə-2023" materialında qeyd olunub.

Bildirilib ki, ümumilikdə, 640 mindən çox insan müqavilə əsasında hazırda Rusiya ordusunda xidmət edir.

Qeyd edək ki, rəsmi Moskvanın "xüsusi hərbi əməliyyat" adlandırdığı Ukrayna müharibəsi başlayandan bir müddət sonra Rusiya MN vətəndaşları, o cümlədən xarici vətəndaşları orduda müqavilə əsasında xidmətə dəvət edib. Bunun üçün aylıq 204 min rubldan başlayaraq məvacib təyin olunub.

Xəbər Lenti