Sədəfli kəndində yeni qaz xəttinin açılışı olub

Tarix: 28 Dec 2023 20:14

Qobustan rayonunun Sədəfli kəndində yeni qaz xəttinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə sözügedən kənddə tədbir təşkil olunub.

Tədbirdə SOCAR-ın “Azəriqaz” İB-nin məsul şəxsləri, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, Sədəfli kəndinin qazlaşdırılması üçün ümumilikdə 8100 metrədək müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunub. Bununla da 53 abonentin (371 sakinin) mavi yanacağa əlçatanlığı təmin edilib. Daha sonra təbii qazın verilişini bildirən simvolik məşəl alovlandırılıb.

Görüş çərçivəsində İkinci Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi qəhrəmanı Elyar Vəliyevin ailəsi ziyarət edilib. Şəhidin ailə üzvləri Sədəf kəndində olduğu kimi ölkə ərazisində aparılan qazlaşma işlərinin dövlət siyasətinin nəticəsi olaraq vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması baxımından mühüm addım olduğunu bildirərək ölkə başçısına təşəkkür ediblər.

Xəbər Lenti