Cümə, 15 May, 2026
Tarix: 28 Dec 2023 19:52
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Nardaran stansiyasından 20 km şimalda Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 16 km olub.