- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 29.12.2023 01:07
Budapeşt sahillərində Dunay çayının səviyyəsi son 10 ilin rekord səviyyəsinə çatıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Dunay çayı Budapeştdə bəndləri aşıb.
Belə ki, bu il Avropada güclü yağışlar və qarlı günlərin ardınca gələn mülayim hava erkən qış daşqınlarına səbəb olub.
Macarıstanın Su Təsərrüfatı Baş Müdirliyi bildirib ki, Dunay çayının hündürlüyü 6,93 metrə çatıb.
Daşqın Budapeştə heç bir ciddi ziyan vurmasa da, mütəxəssislər iqlim dəyişikliyinin erkən daşqınların tez-tez baş verməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.