Çərşənbə, 6 May, 2026
Tarix: 29 Dec 2023 09:59
Dekabrın 28-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə İmişlidən olan şəhidlərin və Vətən müharibəsi əlillərinin övladları üçün bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, "Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin nümayəndələri, şəhid və qazi ailələrinin üzvləri və uşaqlar iştirak ediblər.
Tədbir başlamamışdan öncə dövlət himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər şəhid və qazi ailələri üzvlərini, onların övladlarını qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik ediblər. Həmçinin qeyd olunub ki, həmrəyliy gününün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi gününün təsis edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmçinin bildirilib ki, ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində zəfər qazandı, düşməni diz çökdürdü,
Sonda tədbirdə iştirak edən şəhidlərin və Vətən müharibəsi əlillərinin övladlarına hədiyyələr paylanılıb.




